Yasamalda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələniblər

Yasamalda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələniblər Bakı. 28 noyabr. REPORT.AZ/ Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər keçirilir.
Hadisə
28 Noyabr , 2018 12:16
Yasamalda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələniblər
0 : 00
0 : 00

Bakı. 28 noyabr. REPORT.AZ/ Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər keçirilir.

DİN-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının noyabrın 27-də rayon ərazisində birgə keçirdikləri reydlər nəticəsində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satdıqlarına görə 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi