Yasamalda qəza zamanı bir nəfər ölüb

Yasamalda qəza zamanı bir nəfər ölüb Hadisə ilə bağlı Yasamal Rayon Polis Idarəsində araşdırma başlanılıb
Hadisə
30 Mart , 2015 02:24
Yasamalda qəza zamanı bir nəfər ölüb

Bakı. 30 mart. REPORT.AZ/ Bakıda bir nəfərin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, qəza Yasamal rayonunda Talıblı və Şərifzadə küçələrinin kəsişməsində baş verib.

Qəza zamanı 1989-cu il təvəllüdlü İbrahimov Xəyal Ibrahim oğlu idarə etdiyi "Daewoo" markalı maşınla hərəkətdə olan zaman, Muradov Ağaxan Ağahüseyn oğlunun idarə etdiyi və "Az Samand" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəzadan sonra hər iki sürücü xəsarət aldığından təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdrılıb. Edilən tibbi yardımlara baxmayaraq " Daewoo"nun sürücüsünün həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma başlanılıb.

Son xəbərlər

Orphus sistemi