Bakı. 6 mart. REPORT.AZ/ Paytaxtın Yasamal rayonunda ötən axşam "Mercedes" markalı minik avtomobili yol ayrıcı səddə çırpılıb.
“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1 nəfər sərnişin maşında ayağı sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər vətəndaşı deformasiyaya uğrayan avtomobildən çıxararaq və aidiyyəti üzrə təhvil veriblər.


