Yasamalda mənzildən kişi meyiti tapılıb

Yasamalda mənzildən kişi meyiti tapılıb Bakıda mənzildən 61 yaşlı kişi meyiti tapılıb.
Hadisə
3 Sentyabr , 2019 12:19
Yasamalda mənzildən kişi meyiti tapılıb

Bakıda mənzildən 61 yaşlı kişi meyiti tapılıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Belə ki, FNH-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Əliyev Bəhram Eynulla oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi