Yasamalda evin döşəməsi çöküb, ölən var

Yasamalda evin döşəməsi çöküb, ölən var Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli fərdi yaşayış evinin döşəməsi çöküb, nəticədə 1 nəfər dağıntılar altında qalaraq ölüb.
Hadisə
31 Dekabr , 2020 01:13
Yasamalda evin döşəməsi çöküb, ölən var

Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli fərdi yaşayış evinin döşəməsi çöküb, nəticədə 1 nəfər dağıntılar altında qalaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.

Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində dərinliyi təqribən 80 sm olan zirzəmiyə düşmüş 1958-ci il təvəllüdlü Hacıyev Elçin Hacı oğlunun meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi