Yasamalda çoxmərtəbəli yaşayış kompleksində yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb

Yasamalda çoxmərtəbəli yaşayış kompleksində yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə, 15 ünvanında yerləşən “Belıy Lebed” MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb.
Hadisə
6 İyun , 2023 09:49
Yasamalda çoxmərtəbəli yaşayış kompleksində yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb

Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə, 15 ünvanında yerləşən “Belıy Lebed” MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

Belə ki, nazirliyin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri yaşayış kompleksində təlim keçirib.

Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə baş tutub.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və istismara yararlı yanğına qarşı su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub.

Bundan əlavə, qəza-işıqlandırma sisteminin olmadığı, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə cavab vermədiyi və yanğın xəbərverici siqnalizasiya qurğusunun tam sahəyə quraşdırılmadığı müəyyən edilib.

Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

Son xəbərlər

Orphus sistemi