​Yasamalda binada yanğın olub: əhali təxliyə edilib

​Yasamalda binada yanğın olub: əhali təxliyə edilib Yanğın dördotaqlı mənzildə baş verib
Hadisə
3 Mart , 2015 23:05
​Yasamalda binada yanğın olub: əhali təxliyə edilib

Bakı. 3 mart. REPORT.AZ/ Axşam saatlarında Bakının Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus 4 otaqlı mənzilin 2 otağı, dəhlizi və vanna otağının yanar konstruksiyaları yanıb.

"Report" xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadan 15 nəfər sakin təhlükəsiz yerə təxliyə olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi