Yasamalda göldə boğulan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

Yasamalda göldə boğulan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə 1 azyaşlının batması barədə məlumat daxil olub
Hadisə
13 İyun , 2021 18:05
Yasamalda göldə boğulan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə batan 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, E.Novruzovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

17:29

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə 1 azyaşlının batması barədə məlumat daxil olub.

"Report" FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi