Yuxarı

​Yasamalda avtomobillər iki piyadanı vurub, sürücülər qaçıb

Araşdırma aparılır

Bakı. 11 mart. REPORT.AZ/ Bakı şəhəri, Yasamal rayonunda avtomobillər iki piyadanı vurub.

“Report”un xəbərinə görə, rayonun Kənar dairəvi yolunda naməlum avtomobil Biləsuvar rayon sakini, 36 yaşlı Heydər Babayevi vurub.

Bundan başqa, rayonun Yasamal Xiyabani küçəsi, 42 ünvanında naməlum avtomobil Bakı şəhər sakini, 17 yaşlı Gilə Əsədovanı vurub.

Hər iki yaralı xəstəxanada yardım aldıqdan sonra buraxılıb.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi