Yasamalda avtomobillər iki piyadanı vuraraq ağır xəsarət yetirib

Yasamalda avtomobillər iki piyadanı vuraraq ağır xəsarət yetirib Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 iyul 2022 23:11
Yasamalda avtomobillər iki piyadanı vuraraq ağır xəsarət yetirib

Bakıda iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisələr Yasamal rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1971-ci il təvəllüdlü Dadaşova Samirə Mahmud qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Digər hadisə A. M. Şərifzadə prospektində qeydə alınıb. Belə ki, yolu keçən 1960-cı il təvəllüdlü Orucova Təranə Əli qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona da qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi