Yasamalda avtomobil piyadanı vurub

Yasamalda avtomobil piyadanı vurub Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
6 Avqust , 2020 06:40
Yasamalda avtomobil piyadanı vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, avtomobil 1999-cu il təvəllüdlü İsrafilbəyov Emil Mustafa oğlunu vurub.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, həkim müayinəsindən sonra ona sol baldırın yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi