Yasamalda 83 yaşlı kişini maşın vuraraq qaçıb

Yasamalda 83 yaşlı kişini maşın vuraraq qaçıb Yaralının vəziyyəti ağırdır
Hadisə
12 İyun , 2017 06:44
Yasamalda 83 yaşlı kişini maşın vuraraq qaçıb
Report.az

Bakı. 12 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonunda piyadanı avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə Yeni Yasamal, Bünyadzadə küçəsində qeydə alınıb.

Həmin küçədə yolu keçmək istəyən 1934-cü il təvəllüdlü Bayramlı Cəlal Baba oğlunu avtomobil vuraraq qaçıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Xəstənin vəziyyəti ağırdır.

Hazırda sürücü Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən axtarılır.

Son xəbərlər

Orphus sistemi