Bakıda döyülmə hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Orucov Taleh Zakir oğlu tanımadığı şəxs tərəfindən döyülüb.
O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sifətin əzilmiş yaraları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.