Yasamalda 32 yaşlı kişi boğazından bıçaqlanıb

Yasamalda 32 yaşlı kişi boğazından bıçaqlanıb Hadisə zərərçəkmişin yaşadığı məhəllədə baş verib
Hadisə
9 Noyabr , 2017 06:49
Yasamalda 32 yaşlı kişi boğazından bıçaqlanıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Bakının Yasamal rayonu ərazisində bıçaqlanma olub.

“Report” xəbər verir ki, 1985-ci il təvəllüdlü Zeynalov Bəhruz Xəlil oğlu yaşadığı məhəllədə tanışı ilə mübahisə edib.

Bu zaman qarşı tərəf onun boğaz nahiyəsinə bir bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi