Bakı. 22 iyun. REPORT.AZ/ Bakı şəhərində 53 yaşlı kişi özünü öldürüb.
“Report”un xəbərinə görə, paytaxtın Yasamal rayonunda 1965-ci il təvəllüdlü Tahir Səfərov yuyucu məhlul olan “Net” içərək intihar edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.