Bakı. 11 mart. REPORT.AZ/ Yasamal rayonunda vətəndaşa məxsus “Nissan” markalı minik avtomobili işıq dirəyinə çırpılaraq aşıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.
Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:13-də başa çatıb.