Bakı. 14 aprel. REPORT.AZ/ Yardımlı rayonunda qadın qətlə yetirilib.
“Report”un məlumatına görə, aprelin 13-də Yardımlı rayonunun Telavar kəndinin ərazisində kənd sakini Natavan Babayevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Niyazi Təhməzov tutulub.