Yardımlıda mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Yardımlıda mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb Onların digər oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır
Hadisə
20 Fevral , 2017 22:52
Yardımlıda mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı. 20 fevral. REPORT.AZ/ Yardımlı rayonunda mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun kəndlərində vətəndaşlara məxsus mağazalardan oğurluq etməkdə şübhəli bilinən Feyruz Çapar oğlu Cavadov və Şəhriz Seyran oğlu Adişov saxlanılıb.

Saxlanılan şəxslər Köryədi və Alçabulaq kəndlərindəki mağazalara qanunsuz olaraq daxil olmaqla ticarət obyektlərinin əmlaklarını taladıqlarını etiraf ediblər. Onların digər oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Son xəbərlər

Orphus sistemi