Yardımlıda 17 yaşlı gənc itkin düşüb - FOTO

Yardımlıda 17 yaşlı gənc itkin düşüb - FOTO Əlizadə Orxan mayın 11-də evdən çıxıb və geri qayıtmayıb
Hadisə
16 May , 2017 22:38
Yardımlıda 17 yaşlı gənc itkin düşüb - FOTO
Report.az

Yardımlı. 16 may. REPORT.AZ/ Yardımlıda rayon sakini itkin düşüb.

"Report"un Cənub bürosu xəbər verir ki, 2000-ci il təvəllüdlü Əlizadə Orxan Əlisəfa oğlu 11 may 2017-ci il tarixində Yardımlı rayonunda yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Yaxınlarının verdiyi məlumata görə, Orxanı sonuncu dəfə Bakı istiqamətində hərəkət edən taksiyə minərkən görüblər.

Həmin şəxsi görənlərdən aşağıdakı nömrələrlə əlaqə saxlamaları xahiş olunur:
(012) 497-51-68 (050) 872-81-81


Son xəbərlər

Orphus sistemi