Yardımlı sakininin başına qaya parçası düşüb

Yardımlı sakininin başına qaya parçası düşüb Nəticədə o, ağır kəllə-beyin travması alıb
Hadisə
13 İyun , 2018 04:57
Yardımlı sakininin başına qaya parçası düşüb

Bakı. 13 iyun. REPORT.AZ/ Yardımlı rayonunda bədbəxt hadisə zamanı yaşlı kişi ağır xəsarət alıb.

"Report" xəbər verir ki, 1965-ci il təvəllüdlü Abdinov Vətən Abdul oğlu güclü yağış zamanı Yuxarı Astanlı kəndində qayalıq ərazidən keçərkən başına kiçik daş parçası düşüb.

Nəticədə o, ağır kəllə-beyin travması alıb. Yaralı rayon xəstəxanasına yerləşdirilib. Lakin onun halı pisləşib. Yaxınları yaralını 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə təhvil verib. Həkimlər bildirir ki, artıq onun vəziyyəti sabitdir.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi