Yardımlı sakinindən 6 kiloqramdan çox tiryək götürülüb

Yardımlı sakinindən 6 kiloqramdan çox tiryək götürülüb Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı əməliyyat tədbiri həyata keçiriblər.
Hadisə
13 İyun , 2019 11:58
Yardımlı sakinindən 6 kiloqramdan çox tiryək götürülüb

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı əməliyyat tədbiri həyata keçiriblər.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, əməliyyat nəticəsində Yardımlı şəhəri, Əsədabad küçəsi, ev 62 ünvanında yaşayan Eldar Allahverdi oğlu Miranov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 6 kiloqramdan çox narkotik vasitə olan tiryək aşkar edilib. 

Faktla bağlı cinayət işi başlanılıb, digər iştirakçılarının müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi