Yardımlı rayonunda dördotaqlı ev yanıb

Yardımlı rayonunda dördotaqlı ev yanıb Yanğın saat 08:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
7 Yanvar , 2015 09:43
Yardımlı rayonunda dördotaqlı ev yanıb

Bakı. 7 yanvar. REPORT.AZ/  Yardımlı rayonunda yanğın hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, rayonun Şəfəqli kəndində ümumi sahəsi 120 kv.m olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, yaxınlıqda olan digər vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin çardağına yığılmış 2,5 ton ot bağlamasının 500 kiloqramı yanıb. Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi