Bakı. 24 iyun. REPORT.AZ/ Yaponiyada 5,9 bal gücündə zəlzələ baş verib. "Report"un RİA "Novosti"yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar ölkənin Yonaquni adasından 102 kilometr cənub-şərqdəki qeydə alınıb. Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və tələfat haqqında məlumat verilmir. Sunami təhlükəsi gözlənilmir.
Qeyd edək ki, Yaponiyanın yerləşdiyi zona 5 ildən çoxdur yüksək seysmik ərazi hesab olunur. 2011-ci ilin 11 martında ölkənin şimal-qərbində 9 bal gücündə zəlzələ baş verib.