Yapon dənizində itkin düşən Rusiya gəmisindəki azərbaycanlıların adları məlum olub - SİYAHI

Yapon dənizində itkin düşən Rusiya gəmisindəki azərbaycanlıların adları məlum olub - SİYAHI Gəminin göyərtəsində ümumilikdə 21 nəfər olub
Hadisə
25 Yanvar , 2018 10:43
Yapon dənizində itkin düşən Rusiya gəmisindəki azərbaycanlıların adları məlum olub - SİYAHI

Bakı. 25 yanvar. REPORT.AZ/ Yapon dənizində itkin düşən Rusiyanın "Vostok" balıqçı gəmisində olan azərbaycanlıların adları məlum olub.

"Report" xəbər verir ki, ilkin məlumatlara görə, itkin düşən gəminin ekipaj üzvləri arasında iki azərbaycanlı var. Bunlar 1972-ci il təvəllüdlü dənizçi Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü dənizçi Ruslan Əlizadədir.

Ekipajın digər üzvləri, əsasən, Rusiyanın Saxalin vilayətinin Nevelski rayonunun sakinləridir.

Xatırladaq ki, Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində itkin düşüb. Gəminin göyərtəsində 21 nəfər - Rusiya, Azərbaycan, Ukrayna və Moldova vətəndaşları olub.

Gəminin axtarışlarına "Be-200" layneri, "Mi-8" helikopteri, Sahil Mühafizə Xidmətinin sərhəd gözətçi gəmisi və xilasedici yedək gəmi cəlb olunub.

Axtarışlar hələlik nəticə verməyib.

Son xəbərlər

Orphus sistemi