Bu ilin üç ayında yol qəzalarında 125 nəfər ölüb

Bu ilin üç ayında yol qəzalarında 125 nəfər ölüb Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
Hadisə
8 May , 2021 13:04
Bu ilin üç ayında yol qəzalarında 125 nəfər  ölüb

Bu ilin yanvar-mart aylarında 376 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,4 faiz azalaraq 495 nəfər olub. Onlardan 125-i həlak olub, 370-i isə yaralanıb. Hadisələrin 42,8 faizi gündüz, 35,6 faizi gecə, 21,6 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 33,1 faiz azalaraq 89 nəfər, yaralananların sayı 3,4 faiz azalaraq 338 nəfər olub.

Son xəbərlər

Orphus sistemi