"Sədərək" rəhbərliyi: "Yanğından zərər çəkmiş sahibkarlara kompensasiya ödəniləcək" - FOTO

"Sədərək" rəhbərliyi: "Yanğından zərər çəkmiş sahibkarlara kompensasiya ödəniləcək" - FOTO Hadisə nəticəsində iki mağaza tam, bir mağaza isə qismən yanıb
Hadisə
24 Sentyabr , 2016 10:56
Sədərək rəhbərliyi: Yanğından zərər çəkmiş sahibkarlara kompensasiya ödəniləcək - FOTO

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bu gün Sədərək Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara kompensasiya ödəniləcək.

Bu barədə "Report"a Sədərək Ticarət Mərkəzinin rəhbərliyindən bildirilib. 

Məlumatda qeyd olunub ki, hadisə nəticəsində iki mağaza tam, bir mağaza isə qismən yanıb. 

Qeyd edək ki, sentyabrın 24-də Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzində pərdə-tül mağazasında yanğın baş verib və ümumilikdə 39 kvadratmetr ərazi yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürmə avtomobili cəlb edilib və yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin qısaqapanma nəticəsində yarandığı ehtimal edilir. Yanğının baş vermə səbəbləri araşdırılır. İlkin məlumata görə, bir sahibkara təqribən 7 000 manat ziyan dəyib. 

Eyni zamanda yanğın zamanı iki nəfər zərər çəkib. Onlar "Təcili tibbi yardım" maşını ilə xəstəxanaya aparılıblar. 

Son xəbərlər

Orphus sistemi