Yuxarı

Maştağada yanğın: bir nəfərin meyiti tapılıb

Faktla bağlı araşdırma aparılır

Bakı. 15 dekabr. REPORT.AZ/ Sabunçu rayonunun Maştağa qəsəbəsində yanğın hadisəsi baş verib. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə qəsəbədəski istifadəsi dayandırılmış qazanxanada qeydə alınıb.

Nəticədə qazanxananın yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra orada yaşayan Şamaxı rayon sakini Qalib Hüseynovun yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi