Yağan qar Gədəbəydə çətinlik yaradıb

Yağan qar Gədəbəydə çətinlik yaradıb Yağan qar dağlıq rayonlarda nəqliyyatın hərəkətində problemlər yaradıb
Hadisə
213
8 Mart , 2021 21:19
Yağan qar Gədəbəydə çətinlik yaradıb

Yağan qar dağlıq rayonlarda nəqliyyatın hərəkətində problemlər yaradıb.

DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb mərkəzinə verilən məlumata görə, Gədəbəy rayonu istiqamətində hərəkətdə olan, qoşqulu yük avtomobili yolların buz bağlaması nəticəsində hərəkət qabiliyyətini itirərək yolda qalıb.

Dərhal ərazidə xidmət aparan Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müəyyən tədbirlər həyata keçirib.

Belə ki YPX əməkdaşlarının gördüyü təhlükəsizlik tədbirləri nəticəsində yolun müəyyən hissəsi bir müddətlik hərəkətə bağlanıb, asfalt örtüyünün qardan təmizlənməsi üçün işlər görülüb. Nəticədə yük avtomobili hərəkətini bərpa edərək yoluna davam edə bilib.

Son xəbərlər

Orphus sistemi