Xətai rayonunda qaraj yanıb

Xətai rayonunda qaraj yanıb Hadisə ilə bağlı FHN-nin müvafiq qurumları araşdırma aparır
Hadisə
26 Sentyabr , 2014 13:16
Xətai rayonunda qaraj yanıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan qarajın dam örtüyü yanıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Obyektin dam örtüyü ilə bərabər, qarajın içərisinə yığılan məişət avadanlıqları və mebel dəstləri də yanaraq sıradan çıxıb. Qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı FHN-in müvafiq qurumları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi