Yuxarı

Xuliqanlıqda və quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası sentyabrın 19-na təyin edilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda və quldurluqda təqsirləndirilən Araz Məhərrəmov və Təmraz Bəşirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 19-na təyin edilib.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da Bakı şəhər sakini Əhməd Həziyevə qarşı xuliqanlıq etmiş həmyerlisi Araz Məhərrəmov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 7-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Təmraz Bəşirovla birgə Namiq Quliyevin 250 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə alması da müəyyən edilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 181-ci (quldurluq) maddələri ilə ittiham olunurlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi