Bakının Xətai rayonunda xuliqanlıq etməkdə təqsirləndirilən idmançılar Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
"Report" xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və idmançılar barəsində 3 ay qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu il yanvarın 4-də saat 3 radələrində Bakının Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.