Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB Gəndob-Yalama yolunun Xudat şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
11 Oktyabr , 2024 17:42
Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB

Xudatda baş verən yol qəzasında ölən və yaralıların kimliyi məlum olub.

“Report”un Şimal bürosunun məlumatına görə, Xudat-Quba avtomobil yolunun 5-ci şöbə adlanan ərazisindən keçən hissəsində baş verən yol qəzasında "VAZ-21011" markalı minik avtomobilinin sürücüsü, 1998-ci il təvəllüdlü Orxan İslam oğlu Məmmədov və onun sərnişini, 2001-ci il təvəllüdlü Nazir Ramin oğlu Tarverdiyev hadisə yerində ölüblər.

Qəza zamanı yaralanan Elməddin Etibar oğlu Məmmədov və Vilayət Vidadi oğlu İbrahimov ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

16:44

Gəndob-Yalama yolunun Xudat şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, qəza zamanı “Vaz-21011” markalı avtomobil “Vaz-21099” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə şəxsiyyəti hələ müəyyən edilməyən iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi