Xudatda yaşayış binasında partlayış olub

Xudatda yaşayış binasında partlayış olub Xudat şəhərində yaşayış binasında partlayış olub.
Hadisə
27 May , 2024 16:15
Xudatda yaşayış binasında partlayış olub

Xudat şəhərində yaşayış binasında partlayış baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, Xudat şəhərinin mərkəzində konserv zavoduna məxsus 16 mənzilli, iki mərtəbəli yaşayış binasında, Mais Mahmudova məxsus evdə partlayışla müşayiət olunan yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi