Xudatda yanğınla bağlı qurulan postlar ləğv edilib

Xudatda yanğınla bağlı qurulan postlar ləğv edilib Xaçmazın Xudat şəhərində meşə yanğını ilə bağlı nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə qurulan postlar ləğv edilib.
Hadisə
17 Avqust , 2022 18:55
Xudatda yanğınla bağlı qurulan postlar ləğv edilib

Xaçmazın Xudat şəhərində meşə yanğını ilə bağlı nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə qurulan postlar ləğv edilib.

"Report"un Şimal bürosunun məlumatına görə, Xudat şəhərinin "4-cü şöbə" adlanan ərazisində biçilmiş taxıl sahəsi və meşə massivində baş vermiş yanğını Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tam şəkildə nəzarətə götürüblər.

Meşə massivində baş verən yanğının yaxınlıqda olan yaşayış evləri və digər obyektlər üçün üçün heçbir təhlükə yaratmayıb.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi