Xudatda minik avtomobili at arabasını vurdu, xəsarət alanlar var
Hadisə
- 26 iyul, 2021
- 20:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Xudatda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report”un Şimal bürosunun məlumatına görə, hadisə şərti olaraq “İkinci şöbə” adlanan yerdə qeydə alınıb.
Belə ki, minik avtomobili hərəkətdə olan at arabasını vurub. Nəticədə arabada olan Xudat qəsəbəsi sakini, 1961-ci il təvəllüdlü, Məhəmməd Cəfərağa oğlu Xalıqov və Quba rayonunun Vladimirovka kənd sakini, 2009-cu il təvəllüdlü İlkin Rüstəm oğlu Cəfərov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
04:02
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
Maliyyə
03:59
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
Region
03:43
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
İKT
03:10
Fransada etiraz aksiyalarında 200-dən çox adam saxlanılıb
Digər ölkələr
03:01
Ankarada iki ailə arasında silahlı davada 11 nəfər yaralanıb
Region
02:36
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
Digər ölkələr
02:19
Foto
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
Region
01:41
UEFA Millətlər Liqası: Portuqaliya öz meydanında Danimarkaya böyük hesabla uduzub
Futbol
01:26
Fransada 22 milyon insanın şəxsi məlumatları kiberhücum nəticəsində oğurlanmış ola bilər
Digər ölkələr