Xudatda avtomobillə vurulan piyada xəstəxanada ölüb - YENİLƏNİB
- 12 oktyabr, 2018
- 06:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Xaçmaz. 12 oktyabr. REPORT.AZ/ Xudatda avtomobillə vurulan Xaçmaz rayonunun Çinartala kənd sakinini xəstəxanada ölüb.
"Report"un Şimal bürosunun məlumatına görə, Xaçmaz rayon sakini 1958-ci il təvəllüdlü Almas Qəzənfər oğlu Hacıyevi avtomobil vurub. O, təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinə zamanı A.Hacıyevin ağır bədən xəsarətləri aldığı məlum olub. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
***23:46
Xaçmaz. 11 oktyabr. REPORT.AZ/ Xudatda yaşlı kişini avtomobil vurub.
"Report"un Şimal bürosu xəbər verir ki, Xaçmaz rayonunun Çinartala kənd sakinini, 1958-ci il təvəllüdlü Almas Qəzənfər oğlu Hacıyevi yolu keçmək istəyərkən naməlum avtomobil vurub. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralının vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırmalara başlanılıb.