​Xudat–Bakı marşrutu ilə hərəkət edən mikroavtobus qəzaya uğrayıb - FOTO

​Xudat–Bakı marşrutu ilə hərəkət edən mikroavtobus qəzaya uğrayıb - FOTO Qəza zamanı bir nəfər xəsarət alıb
Hadisə
387
31 İyul , 2016 15:23
​Xudat–Bakı marşrutu ilə hərəkət edən mikroavtobus qəzaya uğrayıb - FOTO

Xaçmaz. 31 iyul. REPORT.AZ/ Xudatdan Bakıya sərnişin daşıyan "Hundai" markalı mikroavtobus qəzaya uğrayıb.

"Report"un Şimal bürosu xəbər verir ki, avtobus Xaçmaz ərazisində "Niva" markalı avtomobil ilə toqquşub.

Qəza zamanı "Niva"nın sürücüsü xəsarət alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Avtobus deformasiyaya uğrasa da, sərnişinlər arasında xəsarət alan olmayıb.

Yolda qalan sərnişinlərin Bakıya çatdırılması üçün başqa bir avtobus xəttə buraxılıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi