Qazaxda çayların daşması nəticəsində ciddi fəsadlar yaranıb - YENİLƏNİB 

Qazaxda çayların daşması nəticəsində ciddi fəsadlar yaranıb - YENİLƏNİB  Qazaxda güclü yağışlardan sonra çaylar daşıb.
Hadisə
26 May , 2024 14:53
Qazaxda çayların daşması nəticəsində ciddi fəsadlar yaranıb - YENİLƏNİB 

Qazax rayonunda Coğazçay, Ağstafaçay və Xramçayın daşması nəticəsində ciddi fəsadlar yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, ölkəmizdə və qonşu ölkələrdə yağan güclü yağışlardan sonra Coğazçay və Xram çayları daşıb. Çoğazçay çayı üzərində yerləşən, Dəmirçilər kəndinə gedən yolun üzərində olan körpü qismən uçduğundan yol tamamilə bağlanıb.

Həmçinin Xramçay və Ağstafaçayın daşması nəticəsində vətəndaşlara məxsus obyektləri, park və sahələri su basıb.

Hazırda Milli Hidrometeorologiya Xidmətindən edilən xəbərdarlıq nəzərə alınaraq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir.

Yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

12:07

Qazaxda güclü yağışlardan sonra çaylar daşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafaçayda suyun səviyyəsinin qalxması nəticəsində Qazaxın "mal bazarı" adlanan ərazisini su basıb.

Həmçinin Gürcüstan ərazisində də yağan leysan yağışlar nəticəsində Xramçay da daşıb, İkinci Şıxlı kəndində meşəlik ərazi su altında qalıb.

Bir neçə obyekt və avtomobil təmiri sexlərini də su basıb.

Hazırda aidiyyəti qurumların əməkdaşları və texnikalar əraziyə cəlb olunub, yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Son xəbərlər

Orphus sistemi