Xocavənddə sürücü yol qəzasında ağır xəsarət alıb

Xocavənddə sürücü yol qəzasında ağır xəsarət alıb Xocavənd rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 Sentyabr , 2021 02:26
Xocavənddə sürücü yol qəzasında ağır xəsarət alıb

Xocavənddə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun dağlıq ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Abdullayev Səbuhi Səhrab oğlu idarə etdiyi yük avtomobilinə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi daşa çırpılıb. Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi