Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatın aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöb
Hadisə
14 Yanvar , 2022 11:04
Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
0 : 00
0 : 00

Xocavənd rayonunda silah-sursat aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki işğaldan azad edilən ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatın aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni ordusuna məxsus silah-sursat aşkar edilib. Polis əməkdaşları 1 minaatan qurğusu, 2 qumbaraatan, 8 top mərmisi və 6200 müxtəlif çaplı patronlar götürərək aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi