Xocalıda aşkarlanmış zenit-raket kompleksi Bakıda “Hərbi Qənimətlər Parkı”nda yerləşdirilib

Xocalıda aşkarlanmış zenit-raket kompleksi Bakıda “Hərbi Qənimətlər Parkı”nda yerləşdirilib Xocalı rayonunda ərazisində aşkar olunan "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1S32" raket tuşlama stansiyası, iki ədəd "2P24" buraxıcı qurğusu Bakı şəhərində “Hərbi Qənimətlər Parkı”nda yerləşdirilib.
Hadisə
15 İyun , 2024 11:49
Xocalıda aşkarlanmış zenit-raket kompleksi Bakıda “Hərbi Qənimətlər Parkı”nda yerləşdirilib

Xocalı rayonu ərazisində aşkar olunan "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1S32" raket tuşlama stansiyası, iki ədəd "2P24" buraxıcı qurğusu Bakı şəhərində “Hərbi Qənimətlər Parkı”nda yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə 15 İyun - Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına media nümayəndələri üçün təşkil edilən mediatur zamanı məlumat verilib.

Mayor Tural Şükürov Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonuna müsadirə edilmiş döyüş texnikası barədə məlumat verib.

O bildirib ki, lokal antiterror əməliyyatından sonra Xocalıda Ermənistan Silahlı Qüvvələrinin tərk etdiyi "2K11 Kruq" zenit-raket kompleksi aşkarlanıb:

"Biz kompleksə baxış keçirən zaman işlək vəziyyətdə idi. Əməliyyat zamanı kompleksdən istifadə edilsə də, hər hansı hava hücumundan vasitəmizə atəş açılmayıb. Artıq bu kompleks Hərbi Qənimətlər Parkındadır".

Mayor Əsgər Məmmədov isə qeyd edib ki, buradakı texnikalar zenit raket kompleksinin tərkib hissələrindən biridir:

"2K11 Kruq" zenit-raket kompleksinin 2 ədəd atıcı qurğusu "2P24" tipli, bir ədəd isə raket tuşlama stansiyası - "1S32"dir. Ordumuz bunları antiterror əməliyyatları zamanı Xocalı rayonundan ələ keçirib. Bu iki element "2K11 Kruq" zenit-raket kompleksinin tərkib elementlərinin bir neçəsidir. Bu raket tuşlama stansiyasının özünün lakatoru var. Onun vasitəsilə 105 km qədər hədəflərin aşkarlanması və izlənməsini həyata keçirilir. Məhv edilməsi üçün qərarlar vermiş hədəflərə atıcı qurğuları yönəldərək üstündəki rateklər vasitəsilə 3M8, M1, M2, M3 tipli hədəfə doğru tuşlayıb göndərir".

Mayor Məmmədov onu da qeyd edib ki, bunlar döyüş mövqeyindən ələ keçirilib: "O zaman döyüşə yararlı idi. Bunlar bizim hava hücum vasitələrinin qarşısını almaq məqsədilə quraşdılmışdı. Amma quru qoşunlarımız sayəsində onları ələ keçirmişik. Bu texnikaların istismar müddəti bitib. Biz bu texnikalardan 10-15 il əvvəl imtina etmişik, bundan daha müasir və daha effektiv müasir texnikalarımız var".

Hərbi ekspert Ramil Məmmədli qeyd olunan hava hücumundan müdafiə (HHM) sisteminin təyinatı, taktiki-texniki xüsusiyyətləri, eləcə də Vətən müharibəsindən öncə Ermənistan silahlı qüvvələri tərəfindən hansı məqsədlərlə istifadə olunması barədə məlumat verib.

"Ermənistan Silahlı Qüvvələri Vətən müharibəsindən əvvəl işğal etdikləri Qarabağ və ətraf rayonlarda hava hücumundan müdafiə sistemini gücləndirmişdir. Bu müddət ərzində Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun döyüş aviasiya vasitələrinə təhdidlər yaradır və sıradan çıxarılması üçün müxtəlif tədbirlər həyata keçirirdilər. Vətən müharibəsində Azərbaycan Ordusu düşmən ordusunu darmadağın etdi. Sonrakı dövrdə bu ərazilərdə müxtəlif düşmən texnikaları var idi. Bu gün Azərbaycanın Hərbi Qənimətlər Parkında "2K11 Kruq" zenit-raket kompleksinin görürük. Silahlar, bu kimi texnikaların aşkarlanması davam edir və onlar zərərsizləşdirilir"- deyə o qeyd edib

Foto: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi