Xızının Şurabad kəndində 35 ədəd partlamamış hərbi sursat aşkar edilib

Xızının Şurabad kəndində 35 ədəd partlamamış hərbi sursat aşkar edilib Nəticə etibarilə 1 069 650 kv.m ərazi yoxlanılıb
Hadisə
23 Oktyabr , 2017 21:59
Xızının Şurabad kəndində 35 ədəd partlamamış hərbi sursat aşkar edilib
ANAMA

Bakı. 23 oktyabr. REPORT.AZ/ Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, oktyabrın 23-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Şurabad kəndi ərazisində 1 otlaq sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 35 ədəd partlamamış hərbi sursat (PHS), 24 ədəd partlamış-yanmış mərmi qalıqları və 992 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 1 069 650 kv.m (106.97 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 51 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 14 ferma ərazisinə, 41 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 13 188 ədəd partlamamış hərbi sursat (PHS), 5 455 ədəd partlamış-yanmış sursat qalıqları və 47 328 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 50 424 258 kv.m (5 042 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi