Xızı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan iki nəfər Bakıya təxliyə ediliblər.
"Report"un sorğusuna TƏBİB-dən verilən cavaba əsasən, qəzada xəsarət alanlar saat 10:30 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif bədən xəsarətləri ilə hospitalizasiya olunublar. Onlara ilkin yardım göstərildikdən sonra xəsarət alanlardan iki nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün Bakıdakı tibb müəssisəsinə təxliyə olunub.
Xəsarət alanların hər birinin hazırda ətraflı diaqnostik müayinələri aparılır.
Xızının prokurorunun yol qəzasına düşməsi ilə bağlı araşdırma aparılır.
“Report” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, bu gün səhər saat 9 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.
Xızı rayonunun prokuroru Aslanova Xəyalə Əlyəsə qızı yol qəzasına düşüb.
"Report"un yerli bürosu xəbər verir ki, "Toyota” markalı maşın “Niva” markalı avtomobillə toqquşub.
"Toyota"da olan Aslanova Xəyalə qəza nəticəsində xəsarət alıb.
X.Aslanova və digər zərərçəkənlər Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.
Hazırda onun vəziyyəti qənaətbəxş hesab olunur, müalicəsi davam etdirilir.