Altıağac Milli Parkında yanğının başvermə səbəbləri müəyyən edilib

Altıağac Milli Parkında yanğının başvermə səbəbləri müəyyən edilib Sentyabrın 23-də Xızı rayonu, Yuxarı Əngilan kəndinin yaxınlığından başlayan, sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçən yanğının baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görü
Hadisə
24 Sentyabr , 2022 16:06
Altıağac Milli Parkında yanğının başvermə səbəbləri müəyyən edilib

Altıağac Milli Parkında yanğının ərazidə ocaq qalanması nəticəsində başladığı ehtimal edilir.

"Report"un xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə məlumatında qeyd edilib.

Bildirilib ki, sentyabrın 23-də Xızı rayonu, Yuxarı Əngilan kəndinin yaxınlığından başlayan, sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçən yanğının başvermə səbəbləri məlum olub. Aparılan ilkin araşdırmaların nəticəsi olaraq yanğının ərazidə ocaq qalanması nəticəsində başladığı ehtimal edilir.

ETSN və FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilmiş ocaq yerinə baxış keçirilib, ərazidən fotolar çəkilib, şahidlərin izahatları alınıb.

Hazırda hadisə yerindən tərtib edilmiş müvafiq sənədlər, dəlil və sübutlar əsasında təhqiqat işləri davam etdirilir.

Yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi