Xızıda top mərmisi tapılıb

Xızıda top mərmisi tapılıb Bakı. 28 mart. REPORT.AZ/ Xızıda top mərmisi tapılıb.
Hadisə
28 Mart , 2018 14:12
Xızıda top mərmisi tapılıb

Bakı. 28 mart. REPORT.AZ/ Xızıda top mərmisi tapılıb.

Bu barədə "Report"a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Xızı rayonu, Şurabad kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunan ərazidə yol kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (BK-3) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunan mərminin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Son xəbərlər

Orphus sistemi