Xızıda teplovozla avtomobil toqquşub, yaralılar var

Hadisə
  • 24 noyabr, 2023
  • 10:00
Xızıda teplovozla avtomobil toqquşub, yaralılar var

Xızı rayonu ərazisində teplovoz avtomobillə toqquşub.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə Xızı-Giləzi yolunda qeydə alınıb.

Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.Yaralıların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.