Xızıda silah-sursat anbarında baş verən partlayışla bağlı təmizləmə əməliyyatı keçirilib

Xızıda silah-sursat anbarında baş verən partlayışla bağlı təmizləmə əməliyyatı keçirilib Ərazi partlamış-yanmış mərmilərdən təmizlənib
Hadisə
28 Sentyabr , 2017 12:38
Xızıda silah-sursat anbarında baş verən partlayışla bağlı təmizləmə əməliyyatı keçirilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayıb.

Qurumun mətbuat xidmətindən "Report"a bildirilib ki, 27 Sentyabr 2017-ci il tarixində yerli sakinlər tərəfindən daxil olan zənglərə əsasən Sitalçay kəndi ərazisində 1 əkin sahəsinə, həmçinin partlayış baş verən hərbi hissənin ətrafına baxış keçirilib, 226 ədəd partlamamış hərbi sursat (PHS), 65 ədəd partlamış-yanmış mərmi qalıqları və 987 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 439 000 kv.m (43.90 ha)ərazi yoxlanılıb.

Ümumiyyətlə, 32 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 36 əkin sahəsinə, 11 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilmiş, 10 621 ədəd partlamamış hərbi sursat (PHS), 4 365 ədəd partlamış-yanmış sursat qalıqları və 19 208 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 40 055 088 kv.m (4 006 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi