Xızıda qida yararlığı şübhə doğuran 110 ədəd diri toyuq aşkarlanıb

Xızıda qida yararlığı şübhə doğuran 110 ədəd diri toyuq aşkarlanıb Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri qida üçün yararlığı şübhə doğuran 110 ədəd diri toyuq aşkar edib.
Hadisə
20 Mart , 2019 12:16
Xızıda qida yararlığı şübhə doğuran 110 ədəd diri toyuq aşkarlanıb

Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri qida üçün yararlığı şübhə doğuran 110 ədəd diri toyuq aşkar edib.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir. 

Növbəti belə tədbir martın 18-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan, Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xızı rayonu ərazisində keçirilib.

Sitalçay kəndi ərazisində S.Səlimova məxsus “VAZ-21043” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan və qida üçün yararlığı şübhə doğuran 110 ədəd diri toyuq aşkar edilərək götürülüb və yoxlanılması üçün Quba regional laboratoriyasına təhvil verilib.

Son xəbərlər

Orphus sistemi