Xızıda qadın sürücü qəza törədib, əri xəsarət alıb

Xızıda qadın sürücü qəza törədib, əri xəsarət alıb Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır
Hadisə
4 Avqust , 2018 09:25
Xızıda qadın sürücü qəza törədib, əri xəsarət alıb
Report

Xızı. 4 avqust. REPORT.AZ/ Xızıda Rusiyadan gələn ər-arvad qəzaya düşüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba yolunun 61-ci kilometrliyində Rusiya Federasiyasından Bakıya qonaq gedən ər-arvad "KİA" markalı avtomobillə, hərəkətdə olan yük avtomobilinə arxadan çırpılıb. Nəticədə avtomobildə sərnişin qismində olan İmran Qafarov xəsarət alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Qəza zamanı avtomobili onun həyat yoldaşı idarə edib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi