Xızıda ikimərtəbəli binada yanğın olub

Xızıda ikimərtəbəli binada yanğın olub Yanğın saat 02:40-da söndürülüb
Hadisə
20 Yanvar , 2015 06:14
Xızıda ikimərtəbəli binada yanğın olub

BAKI. 20 yanvar. REPORT.AZ/ Xızıda yanğın hadisəsi baş verib.

"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadla verdiyi xəbərə görə, Xızı rayonu, Giləzi qəsəbəsində (rayon mərkəzindən 30 km aralı) ümumi sahəsi 420 kv.m olan ikimərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən otağın yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi